DİN jurnalistin polis təzyiqinə məruz qalması iddialarına cavab verib

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aytac Əhmədovanın Zabrat qəsəbəsində çəkiliş apararkən polis təzyiqinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, adıçəkilən xanımın polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır: “Dünən saat 19:00 radələrində bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının qanuni xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinə aparılıb. Burada şəxsiyyəti müəyyənləşdikdən sonra bölmə rəisi tərəfindən onunla müvafiq profilaktiki söhbət aparılıb və sonra sərbəst buraxılıb. İstər saxlanılarkən, istərsə də bölmədə ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım, “qara piar”dır”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












