DİN nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemlə əlaqədar açıqlama verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə əlaqədar bildiririk ki, bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil: "“Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib. “e-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur. Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunmaqdadır. Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti “Google Chrome”da bərpa olunacaq".
Nazirlik qeyd edir ki, kompyuterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə qeyd edilən veb səhifələrə daxil olmaq mümkündür.
Fidan
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












