DİN paytaxtda ən çox avtomobil qəzalarının baş verdiyi yolların siyahısını dərc edib

Gürcüstanın Daxili İşlər Nazirliyi 2018-ci ildə paytaxt daxilində ən çox avtomobil qəzalarının baş verdiyi təhlükəli yolların siyahısını dərc edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 2018-ci ilin on ayı ərzində (yanvar-oktyabr) Tbilisidə 2500-dən çox avtomobil qəzası baş verib və nəticədə 74 nəfər ölüb, 3200-dən çox insan yaralanıb. Nazirliyin açıqlamasına görə, ölkə daxilində ən təhlükəli yol Kaxeti magistralıdır. Hesabat dövründə ən çox qəza Kaxeti magistralında, hava limanından şəhərə gələn hissədə qeydə alınıb və bu qəzalarda 6 nəfər həyatını itirib.
Tbilisinin təhlükəli yolları siyahısında ikinci yerdə Aqmaşenebeli xiyabanıdır. Cari ilin 10 ayında bu yolda 4 nəfərin ölümü ilə nəticələnən 80 qəza qeydə alınıb.
Üçüncü yerdə isə Sol Sahil (Kür çayının sol sahili) küçəsidir. Bu yolda qeydə alınmış avtomobil qəzalarında 5 nəfər həyatını itirib.
Bu il paytaxtın Sağ Sahil (Kür çayının sağ sahili), Tsotne Dadiani, Qramişvili, Qorqosali, Xizanişvili və Monax (keşiş) Qabriel küçələrində də qəzaların sayı artıb.
Avtomobil qəzalarının artması səbəbindən Rustavi magistralı da bu il təhlükəli yollar siyahısına daxil edilib.
Bildirilir ki, bu magistrallarda qəzalara ən çox həmin yolların bəzi hissələrinin bərbad halda olması, sürücülərin yol-hərəkət qaydalarını kobud şəkildə pozması səbəb olub.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








