DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir”

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhər polis şöbəsinidə intihara cəhd hadisəsi barədə rəsmi açıqlama verib. DİN Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev “Report”a bildirib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Arzuman Rəhimov ötən ilin dekabrın 12-də Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanadan dəyəri 660 manat olan "Samsung" markalı televizorun, bu il martın 12-də isə bir vətəndaşın mənzilindən təxminən 7-8 min manat dəyərində müxtəlif növ əşyaların oğurlanmasında şübhəli bilinərək şəhər məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs edilib.: “Törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq məqsədilə Arzuman Rəhimov aprelin 1-də müvəqqəti saxlama yerində mənşəyi məlum olmayan yad cismi udaraq bu barədə postaçıya məlumat verib və o dərhal şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir və müalicəsi davam edir. Arzuman Rəhimova qarşı heç bir zorakılıq və hər hansı formada təzyiq göstərilməyib”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












