DİN polisin baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində polis əməkdaşları heç bir əməliyyat tədbiri keçirməyiblər: “Sadəcə rayon məhkəməsindən daxil olmuş qərardadın icrası ilə əlaqədar polis əməkdaşları noyabrın 23-də səhər 10 radələrində həmin kənd sakini Rauf Şahbazovun yaşadığı evin qarşısına gəliblər. Polis həyətə daxil olmaq istəyərkən Rauf Şahbazov və qardaşı Rəşad onlara balta ilə müqavimət göstəriblər. Əməkdaşların peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Rauf Şahbazov və qardaşı zərərsizləşdirilib. Bu zaman asayiş keşikçilərindən biri yüngül xəsarət alıb. Həmin əməkdaş xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”. O. Mansurzadə həmçinin qeyd edib ki, Rauf və Rəşad Şahbazov qardaşları polis tərəfindən saxlanılıb, onlardan 2 ədəd balta maddi sübut kimi götürülüb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












