DİN Qubada döyülərək öldürülən şəxslə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qubada döyülərək öldürülən şəxslə bağlı məlumat yayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib. Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












