DİN rəsmisi: “İnsan alveri ilə bağlı 900 qurban aşkarlanıb”

Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandığı 2004-cü ildən indiyə qədər görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib. Avtosfer.az məlumat verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.
H.Heydərov bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir. O qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












