DİN: “Şikayətlərin sayı azalıb”

Daxili İşlər Nazirliyinə daxil olan şikayətlərin sayı azalıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə DİN Katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyev noyabrın 20-də Daxili İşlər Nazirliyində "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, son 3 ilə yaxın müddətdə Nazirliyin rəhbərliyi tərəfindən 6.569, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 2 812, habelə ərazi polis orqanlarında 178 mindən çox vətəndaş qəbul edilib. Görülmüş tədbirlərlə cari ilin 9 ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 23,7 faiz, Nazirliyə daxil olan şikayətlərin sayı 17,7 faiz, o cümlədən təkrar şikayətlərin sayı 25,7 faiz azalıb. Ümumilikdə, 55 şəhər və rayonun sakinlərindən polis əməkdaşları barədə daxil olan şikayətlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Həmin dövrdə Nazirliyə 2 minə yaxın həm fərdi, həm də kollektiv minnətdarlıq məktubları daxil olub.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












