DİN vakant vəzifələrə müsabiqə elan edir

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Şəki və İmişli “ASAN xidmət” mərkəzlərində ümumilikdə 36 (Şəki “ASAN xidmət” mərkəzi 18, İmişli “ASAN xidmət” mərkəzi 18) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Şəki, Oğuz, Qax, İmişli, Saatlı və Beyləqan rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-nin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2018-ci ilin iyun ayının 27-dən iyul ayının 27-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
Şəxsiyyət vəsiqəsi
Təhsil haqqında sənədin əsli
əmək kitabçası (olanlar üçün)
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41; (012) 590-64-31 (312) daxili
DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir
Qızının dəfnində "TikTok"da canlı yayım açan atanın övladını "pay verməsi" ARAŞDIRILIR - RƏSMİ - VİDEO
Hörmüz Boğazını açılması İranın taktiki addımıdır – SİYASİ ŞƏRHÇİ
Böyükşor–Pirşağı yolu aylardır işıqsız qalıb – Sürücülərdən ŞİKAYƏT - VİDEO
“Kontakt Home”dan növbəti fırıldaq; bu dəfə vətəndaşa işlənmiş telefon satıblar - FOTO
Bakıdakı bu göllərin təmizlənməsi planlaşdırılır – Ekspert AÇIQLADI
Bakının bu əraziləri yağış sulaırndan təmizlənir - VİDEO










