DİN və DSX-dən birgə əməliyyat: 6 tondan artıq olan çətənə kolu məhv edilib

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, iyulun 28-29-da polis əməkdaşlarının, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 513 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb, çəkisi 6 tondan artıq olan 8 min ədəd çətənə kolu məhv edilib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kiloqramdan artıq heroin götürülüb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Balakən Rayon Polis Şöbəsi, DİN Daxili Qoşunlar Baş İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 500 ədəd çətənə kolu və çəkisi 15 kiloqram 665 qram olan marixuana aşkar edilərək götürülüb, Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq 3254 ədəd çətənə kolu məhv edilib. Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri tədbirlər nəticəsində rayonun Kəpənəkçi, Uzunqamalar və Yuxarı Tala kəndləri ərazilərində yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 4900 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Namiq
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












