DİQQƏT: Telefon kamerası ilə İZLƏNİLİRSİNİZ

Mobil telefonlar və internetin həyatımıza daxil olması ilə şəxsi həyatın gizliliyi anlayışı azalır. Telefonlar, kompüterlər, yeni nəsil televizorlar kamera və mikrofonları vasitəsilə evimizi anbaan izləyir. Avtosfer.az xəbər verir ki, internetə bağlı olan bir cihazla həyatımızın izlənməsi artıq təkcə filmlərdə olmur, real həyatda da var. Dünyada bu işi hakerlər, şirkət və gizli təşkilatlar edir. Evinizdə internetə qoşulmuş cihazların sayının çox olması təkcə rahatlıq gətirmir. Bu sizi daha çox internetə bağlayır. Kompüter, telefon, planşet, yeni nəsil televizorlar kimi təhlükəsizlik kamerası və uşaq təqib monitoru gizli gözlər üçün mükəmməl vasitədir. Kimlərsə gündəlik həyatınızı ən təbii halı ilə izləyir. Biz hiss etmədən telefon kamerasının görmə bucağında görüntü və səsləri qeydə alır. İnstaqram profilinizi ziyarət edənlər barədə məlumat verən tətbiqlər telefonunuza kənardan sızaraq sizi izləyə bilir. Ona görə də telefona məlumat yükləyərkən maksimum diqqətli olmalısınız. Feysbukun yaradıcısı Mark Sukerberqin paylaşdığı şəkildə kompüterin kamerası və mikrofonun bağlandığı məlum olur. Bu üsul təsirli ola bilər. Kompüterinizin kamerasını və mikrofonunu bu üsulla bağlaya bilərsiniz. Kompüteriniz vasitəsilə daxil olduğunuz saytlara diqqət edin. (publika.az)
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












