“Diqqət, uşaqlar!” maarifləndirici tədbir keçirilib - FOTO

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin şagird və məktəbin pedaqoji kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən Qusar RPŞ-nin Baş Dövlət Avtomobil müfəttişi, polis kapitanı Natiq Müzəffərov keçirilən tədbirin mahiyyətindən danışıb. Tədbirin əsas məqsədinin şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olduğunu bildirən polis kapitanı, məktəblilərə yol nişanları haqqında məlumat verib. Yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışan N.Müzəffərov, dərs saatları bitdikdən sonra yollarda nəqliyyat vasitələrinin sıx olduğunu qeyd edərək, şagirdlərə dərslərdən çıxan zaman yollarda hərəkət edərkən səkilərdə, keçid üçün piyada keçidlərindən istifadə etmələrinin zəruriliyini bildirib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Çıxış edən məktəbin direktoru və müəllimlər keçirilən profilaktik tədbirə görə Qusar Rayon Polis Şöbəsinin kollektivinə öz təşəkkürünü bildiriblər. Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO















