Direktor müavini dayəni döyüb, xəstəxanalıq etdi - Sumqayıtda OLAY - FOTO

Sumqayıtda gimnaziyanın direktor müavini dayəni döyüb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər İnternat tipli Gimnaziyada baş verib.
Belə ki, gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında mübahisə düşüb.
Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, dayəlik etdiyi uşağın valideyni Gimnaziyaya dəvət olunub və ona qarşı izahat alınıb.
S.Həsənova deyib ki, bunu Gimnaziyanın Təlim Tərbiyə işləri üzrə direktor müavini Atyən Əliyeva təşkil edib. Belə ki, direktor müavini məktəbin yataqxanasında dayə Sevil Həsənova ilə əvvəlcə mübahisə edib, onu itələyib. Qadın yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Zərərçəkmiş Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, Hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında müalicə olunur. Həkimlər Sevil Həsənovanın vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.



Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












