Dispanserdəki yanğında həbs olunan həkim vəfat etdi

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim, həmin Mərkəzin şöbə müdiri olmuş Azad Ələkbərov vəfat edib. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, A.Ələkbərov yanğından sonra cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı A.Ələkbərov infarkt keçirib və ürəyində problemlər yarandığı üçün stend qoyulub. Onun səhhətinin ağır olmasına görə barəsindəki cinayət işi ayrıca icraata götürülmüşdü və istintaq hərəkətləri dayandırılmışdı. A.Ələkbərovun vəziyyəti ağır olduğu üçün onunla birgə təqsirləndirilənlər şəxslərin işi məhkəməyə göndərilsə də, şöbə müdirinin işi istintaqda saxlanılmışdı. A.Ələkbərov bu müddət ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırdı. Sentyabrın 29-da isə A.Ələkbərovun səhhəti pisləşib və o, dünyasını dəyişib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












