“Divarlarındakı çatların üzərində mayaklar quraşdırılıb”

"Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb". Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirirlər. Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












