Dizel yanacağı benzindən bahadır - Çexiyada

Çexiyada benzinin və dizel yanacağının arasında hələ ki, əhəmiyyətli qiymət fərqi yoxdur. Bu fərq cəmi 3 heller, yəni 1 krondan aşağı səviyyədədir. Bununla yanaşı, mütəxəssislərin proqnozlarına görə, bu tendensiya bütün qış ərzində saxlanılacaq. “Finlord” şirkətinin analitiki Boris Tomçiakın fikrincə, bunun başlıca səbəbi soyuqların düşməsi ilə bağlıdır. Bu zaman istilik məqsədləri üçün mazuta tələbat artır ki, bu da dizel yanacağının istehlakını artırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Çexiyada daha çox yayılan “Natural 95” benzininin orta statistik qiyməti hazırda 33,74 kron (1,3496 avro) təşkil edir. Dizel yanacağı isə 33,77 krona (1,3508 avro) başa gəlir. “Dizel yanacağının benzinlə müqayisədə nə qədər baha qalacağı daha çox dünya bazarlarında neftin qiymətindən asılı olacaq. Qiymətlər arasındakı fərq 2 krona da çata bilər. Bu, az deyil”, - deyə “Cyrrus” şirkətinin mütəxəssisi Petr Pelts xəbərdarlıq edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












