Dolları lirəyə çevirib ev alana maşın hədiyyə edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əhalini dollarlarını türk lirəsinə dəyişməyə çağırışından sonra ölkənin bir sıra iş adamlarının başlatdıqları kampaniyalara Yalova bölgəsində inşaat firması da qoşulub. Avtosfer.az xəbər verir ki, virtualaz.org-a istinadən xəbər verir ki, Yalovanın Çiftçiköy qəsəbəsində yaşayan Bünyamin Aytekin adlı iş adamı dollarını lirəyə çevirib ona məxsus firmadan ev alan şəxslərə 80 min TL dəyərində avtomobil hədiyyə edəcəyini vəd edib: “Ölkəmizə iqtisadi təzyiqlər var. Biz də bu təzyiqlərin qarşısında bir vətəndaş kimi öz prezidentimizə, ölkəmizə dəstək olmaq üçün belə bir kampaniya başlatdıq. Gücümüz nəyə çatar deyə fikirləşdik. Hazırda dörd blokdan ibarət binamızın iki bloku artıq tamamlanıb. Kampaniyamız həmin binalarda 5 mənzil üçün keçərlidir. Bu bloklardan 375 min TL dəyərində mənzil alan müştərilərimizə təzə avtomobil hədiyyə oluncaq”.
Bu kampaniyaya qoşulmaqda məqsəd isə insanların dollarını mübadilə edərək ölkə iqtisadiyyatına xeyir vermələridir. İş adamı qeyd edib ki, bunda firmalarının da payının olmasından, ölkəyə, prezidentə dəstək verməsindən bir vətəndaş kimi qürur duyur. Kampaniya ilə bağlı ətraflı məlumat verən iş adamı qeyd edib ki, bu kampaniyaya qoşulmaq istəyənlər ən azı 50 min dollar məbləğində pulu lirəyə çevirməlidirlər: “Kampaniyada ən aşağı məbləğ 50 min dollardır. Şübhəsi olan şəxslərə rəsmi müqavilələri göstərə bilərik. Burada məqsəd pul qazanmaq, mənzil satmaq deyil. Firmanın zərərlə çıxması belə bizi qorxutmur”.
Şirkət rəhbərinin sözlərinə görə, artıq kampaniya üçün nəzərdə tutulan 5 avtomobil hazırdır və bütün vergiləri ödənilib. Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkədə bir çox sahibkarlar “yastıq altındakı” dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif etməyə başlayıblar. Bunlara bədən masajı, pulsuz saçkəsmə, kran, avtomobil yuma kimi xidmətlər daxil idi. Hətta kampaniyaya qoşulan şəxslər arasında dollarını dəyişərək qəbzini təqdim edənlərə limitsiz yemək və içki (alkoqolsuz) təklifləri də var idi.
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO










