Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA

Ötən gecə Bakıda müşahidə olunan qəfil və güclü dolu yağıntısı bir sıra avtomobillərə ciddi ziyan vurub. Xüsusilə açıq ərazilərdə park edilən nəqliyyat vasitələrinin kuzov hissəsində əziklər, şüşələrdə isə batıqlar halları qeydə alınıb. Bu cür hallarda sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də sığorta təminatıdır.
Sığorta mütəxəssisi Şahin İsmayılov açıqlamasında deyib ki, Kasko sığortası avtomobili müxtəlif risklərdən qorumaq üçün nəzərdə tutulur:
“Dolu kimi təbii hadisələr də bu risklər sırasına daxil edilə bilər. Lakin burada əsas məsələ bağlanmış sığorta müqaviləsinin şərtləridir. Əgər müqavilədə təbii fəlakətlər, o cümlədən dolu, sel və güclü külək kimi hallar ayrıca qeyd olunubsa, bu zaman avtomobilin yaranan əziklər və şüşələrdə baş verən qırılmalar sığorta tərəfindən qarşılanır. Bununla belə, daha minimal və ucuz paketlərdə bu risklər hər zaman daxil edilmir. Belə olduqda, sığorta şirkəti ziyanın ödənilməsindən imtina edə bilər. Bu səbəbdən sürücülərin müqavilə bağlayarkən risklərin əhatə dairəsinə xüsusi diqqət yetirməsi vacibdir. Əsas məsələ franşiza məsələsidir. Əgər dəymiş ziyanın məbləği müqavilədə nəzərdə tutulan franşiza həddindən aşağıdırsa, bu zaman xərclər sürücünün öz üzərinə düşür. Buna görə də sürücülərə tövsiyə olunur ki, belə hallarla qarşılaşmamaq üçün sığorta seçimində daha diqqətli olsunlar”./demokrat.az
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












