Donald Trampın Azərbaycana göstərdiyi xüsusi münasibətin səbəbi nədir? – SİYASİ ŞƏRHÇİ AÇIQLADI

ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının Ermənistana açıq dəstək siyasəti bir müddət regionda diqqət mərkəzində olub. Bu siyasət çərçivəsində Baydenin komandası Ermənistanın maraqlarını ön plana çıxaran bəyanatlar verib və müəyyən diplomatik təşəbbüslərdə dəstəkləyici mövqe nümayiş etdirib.
Lakin son dövrlərdə bu siyasətin aradan qalxdığı müşahidə olunur. Analitiklər bunun bir neçə səbəbi ola biləcəyini qeyd edirlər: Yeni prezident Tramp artıq ABŞ-də bu il keçirilən prezident seçkilərində erməni lobbisinin aktiv dəstəyinə o qədər də ehtiyac duymadığını düşündü, eyni zamanda onun Azərbaycanla tarixi və strateji münasibətləri regionda balanslı siyasət yürütmək üçün önəmli rol oynadı.
Bəs Tramp administrasiyasının Ermənistana açıq dəstək vermə siyasəti necə oldu ki, aradan qalxdı? Tramp artıq ölkədə prezident seçilmək üçün erməni lobbisinə gərək qalmadığını düşünür, yoxsa onun Azərbaycanla tarixi yaxşı münasibətləri var?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, Tramp həm də böyük siyasətçidir və o dövləti idarə edərkən qarşısında düşünməli olduğu bir sıra sualları qoyur:

“1) Erməni lobbisinin dəstəyini qazanıb Cənubi Qafqazı itirməkmi istəyirəm? 2)Cənubi Qafqazı qazanıb erməni lobbisinin münasibətlərini pisləşdirməkmi istəyirəm? 3) Erməni lobbisi adına qarşıma çıxan Konqreslə mübarizə aparmaq üçün gücümüz varmı? Tramp əslində, 8 avqustda bu suala cavab verdi ki, ümumiyyətlə, 30 ildən artıq davam edən prosesdə həll nöqtəsini müəyyən edib, həll addımı atır və Cənubi Qafqazda iki dövləti masaya gətirir. Qlobal nizamda bu, artıq onun həyata keçirəcəyi mühüm addım oldu və bunu ona görə edə bildi ki, Konqres 1992-ci ildə Azərbaycan torpaqlarının işğalına dəstək göstərmişdi və Qarabağda yaşayan ermənilərə qarşı təcavüzə yol verilməsinin qarşısını almaq üçün Azərbaycana silahlı dəstəyinin göstərilməsinə maneə yaratmışdı.
Söhbət 1992-ci ildən gedir və Azərbaycan guya etnik təmizləmə apara bilərdi. Bayden də həmin Konqresin dəstəyini nəzərə alırdı. Amma Tramp bu xətt üzrə gəlmədi hakimiyyətə”.
Əziz Əlibəyli əlavə edib ki, Qafqaz ABŞ üçün strateji əhəmiyyətli bir coğrafiyadır, çünki Rusiya və İranla qonşudur və Ermənistanda əslində Qərb lobbisi hakimiyyətdədir:
“Bunu belə də bilmək lazımdır. ABŞ hakimiyyətinin Ermənistanda nəzərdə tutduğu siyasəti erməni lobbisi ilə üst-üstə düşür. Konqresin qəbul etdiyi 907-ci düzəlişi əvvəlcə təxirə salmaq, sonra isə ləğv etmək, eləcə də Azərbaycana xüsusi münasibət göstərmək və regionda üçlü dəhliz əldə etmək Amerika üçün daha prestijli və daha qazanclı görünür”.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












