Dostunu 2 manat 50 qəpiyə görə öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E.Hümbətov dostu Ceyhun Abbasovu öldürməkdə cəhddə təqsirli bilinir. Hadisədən əvvəl hər iki şəxsin arasında mübahisə düşüb. Məhkəmədə ifadə verən C.Abbasov deyib ki, mübahisəyə səbəb isə 2 manat 50 qəpik dəyərində pul olub. O, 2 manat 50 qəpiyi E.Hümbətova verərək başqa tanışlarına çatdırmasını istəyib. Amma E.Hümbətov pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb. Bundan sonra E.Hümbətov əlini bıçağa atıb və dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. E.Hümbətov isə özü könüllü olaraq polisə təslim olub. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












