Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib – FOTO

Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib. DANX-ın İctimaiyyətlə Əlaqələr sektorundan Avtosfer.az-a verilən məlumata görə, loqo emblem və tipoqrafik hissədən ibarət olmaqla hərəkətlilik və dinamikanı özündə əks etdirir. Emblem hissədə həndəsi fiqur olan dairələr simmetrik qarşılaşdırılaraq avtomobil faralarında işıq diodlarını xatırladır. Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, birliyi ifadə edir. Həmçinin emblemdə dövlət bayrağının rənglərindən istifadə olunub. Abreviatura və onun açılışı formasında ifadə olunan tipoqrafik hissə emblemlə tamlıq təşkil edir. Dairə elementlərinin məsafəli şəkildə təsviri isə qurumun iş prinsiplərində dəqiqlik, hərtərəflilik, çeviklik, pozitivlik, nəqliyyat sistemində norma yaratma prinsiplərini göstərir.
Təqdimat zamanı loqotipin istifadəsinə dair qayda və tələblər haqqında da geniş məlumat verilib. Əlavə olaraq bildirilib ki, tərtibat işlərində mavi, yaşıl, qırmızı və bənövşəyi rənglərdən istifadə oluna bilər.
Emin
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI














