Dövlət büdcəsi maliyyələşdirdi: Avtobuslarda gediş haqqı ləğv edildi

Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib. Avtosfer.az xəbər verir ki, “iyulun əvvəlindən Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə edə bilərsiniz” bu sözləri Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson deyib. Simsonnun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki, pulsuz nəqliyyat, yüngül avtomobillərin istifadəsini azalda bilər. 2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoymuşdu. Nazirin sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır. Qeyd edək ki, Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olmuşdur – bu ancaq sakinləri üçün nəzərdə tutulmuşdu. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.
N.M.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












