Dövlət Gömrük Komtəsinin əməkdaşları məhkəmədə dindiriliblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Gömrük Komtəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları dindirilib. İdarənin əməkdaşı Elşən Zeynalov istintaqa verdiyi ifadəsini təsdiqləyib. Şahid Sabir Seyfullayev dindirilən zaman təqsirləndirilən V.Həsənovu yaxşı xatırlamadığını bildirib: "İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Bildiyim qədəri ilə Vüsal Həsənov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirib. Amma həmin vaxt orada olmamışam".
Məhkəmədə S.Seyfullayevin istintaqa verdiyi ifadəsi elan olunub. O, ifadəsində ölkəyə qanunsuz yolla dərman keçirməyin mümkün olmadığını deyib. Təqsirləndirilən V.Həsənov bildirib ki, İrana gedib-gələn zaman Biləsuvarda gömrük əməkdaşı S.Seyfullayevi çox görüb. Şahid Taryel Qurbanov da dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb. O bildirib ki, İrandan Azərbaycana qanunsuz dərmanın keçirilməsi qeyri-mümkündür: "Biz hər kəsi yoxlayırıq". Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib. Qeyd edək ki, V.Həsənov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirməkdə şübhəli bilinərək saxlanılıb. Daha sonra məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












