Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu

Bakıda bir neçə şəxsin etimadından sui-istifadə edərək, müxtəlif dövlət qurumlarında işə düzəltmək vədilə külli miqdarda pul alan şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü Hicran Hüseyn oğlu Şeyxovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İstintaqla müəyyən edilib ki, Hicran Şeyxov özünü Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmış zabit kimi təqdim edib. O, bir sıra şəxsləri dövlət qurumlarında vəzifəyə və ya ali məktəblərə tələbə kimi yerləşdirəcəyinə inandıraraq, onların külli miqdarda vəsaitini ələ keçirib.

Hicran Şeyxov zərərçəkənlərə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu deyib. O, bir neçə nəfərdən hər birindən 10 min manat alaraq, onları Təcili Tibbi Yardım xidmətinə sürücü kimi düzəldəcəyinə söz verib. Bundan başqa, o, 2022-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına və İdman Akademiyasına tələbə qəbuluna kömək edəcəyinə dair də vədlər verərək, müxtəlif şəxslərdən pul alıb. Eyni zamanda, Şeyxov V.F. adlı qadına Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evinə direktor vəzifəsinə təyin ediləcəyini vəd edib və ondan 5 min manat alaraq mənimsəyib. Məhkəmənin hökmü ilə Hicran Şeyxov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmənin başlanma tarixi 20 fevral 2024-cü il müəyyən edilib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












