Dronlarla bağlı qanun qəbul edilməlidir

Azərbaycanda pilotsuz uçuş aparatları ilə bağlı qanun qəbul edilməlidir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, qurumun İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. Alim bildirib ki, Azərbaycanda dronlardan istifadəni hüquqi şəkildə tənzimləyən normativ baza yoxdur: “Avropa və MDB ölkələrinin təcrübəsi bizə əsas verir ki, bu sahədə müvafiq qanun və onun icrasını təmin etmək üçün müxtəlif normativ sənədlər qəbul edək. Pilotsuz uçuş aparatını yaradan şəxs onun istismarı və tətbiqi zamanı öz məsuliyyətini dərk etməlidir, çünki bu cür cihazlar cinayətkarın əlinə düşdükdə cəmiyyətə ziyan vura bilər. İnsanlar unutmamalıdır ki, dronlar inkişaf imkanları yaratdığı qədər təhlükə də törədə bilir”. R.Əliquliyev qeyd edib ki, bu cür suni intellektə əsaslanan cihazlardan düzgün məqsədlə istifadə isə inkişaf üçün faydalıdır.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










