DSX 7 nəfərin dövlət sərhədini qanunsuz keçməsinin qarşısını alıb - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.
DSX-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.
İyunun 19-da Dubay-Bakı reysi ilə gələn Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı bəlli olub. Saxlanılmış şəxsin üzərindən Ukrayna pasportu da aşkarlanıb. Araşdırma zamanı U. İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olduğu üzə çıxıb.
İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olduğu aşkarlanıb. İyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı, 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliya yaşayış kartının saxtalaşdırıldığı aşkar olunub. İyunun 26-da Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı, 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı, 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olduğu müəyyənləşdirilib. İyunun 30-da İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı, 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun isə pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Namiq
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY





















