DSX Sahil Mühafizəsi narkotik vasitələr aşkarlayıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, sentyabr ayının 28-də DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunub və hərəkəti nəzarətdə saxlanılıb. DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilib, eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb. Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsini tərk edib. Həmin üzmə vasitəsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat müşahidəsinə götürülüb, 30 sentyabr tarixində 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış “KƏ-226” bort nömrəli “Mariner-75” mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya tullanılıb. Qayığın heyət üzvləri – Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şabanov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxlanılıb, qayığın manevr etdiyi koordinatlara baxış keçirilib və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib. İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tullamalarını etiraf ediblər. Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Namiq
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI















