DTX-dən əhaliyə XƏBƏRDARLIQ - 1656 qaynar xətti xidmətinizdədir

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verilməsinin qaydaları izah olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.
Həmin məlumatlar aşağıdakılar ola bilər:
- qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə;
- milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə.
Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir.
Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər.
Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı və əlaqə xətləri: AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.
Telefon: (+99412) 405 99 99
Faks: (+99412) 405 92 22
Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012) 1656)
E-poçt:[email protected]
Fərid
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










