DTX və DSX Yardımlıda birgə əməliyyat keçirdi - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir. DSX-nin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıb.
Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıb.
Məlumata görə, DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.
Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ



















