Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Azərbaycan ərazisində müşahidə olunan duman aprelin 4-ü gündüz saatlarından tədricən seyrələcək. Cənub-şərq küləyi isə şimal-qərb küləyi ilə əvəzlənəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə müşahidə edilən duman mövsümi-meteoroloji şəraitlə bağlıdır:
“Dumanlı hava şəraiti həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalar ilə əlaqələndirilir. Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi müşahidə olunur. Eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına səbəb olur. Bu da dumanın yaranmasına şərait yaradır. Son illərdə müşahidə edilən iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırkı müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır”.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












