Dünya ABŞ və Çin arasında seçim qarşısında qala bilər – POLİTOLOQ

İran ətrafında baş verən proseslər, ABŞ-Çin münasibətləri və qlobal geosiyasi gərginlik beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun eyni vaxtda bir neçə istiqamətdə fəallaşması yeni qüvvələr balansı ilə bağlı müzakirələri də artırır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, İran ətrafında vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ bir tərəfdən Qəzza ilə bağlı planlarını həyata keçirməyə çalışır, digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində vasitəçilik təşəbbüslərini yenidən gündəmə gətirir. Ekspert qeyd edib ki, Qərb mənbələrində HƏMAS-ın tərksilah olunmasına dair məlumatlar yayılsa da, bunun İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə mümkün ola biləcəyi bildirilir.
Politoloq bildirib ki, Vaşinqton bütün bu proseslərlə yanaşı, Çin amilini də diqqətdən kənarda saxlamır. ABŞ dövlət katibi Mark Rubionun son açıqlamalarında Vaşinqtonla Pekin arasında mümkün iqtisadi və ya hərbi qarşıdurmanın bütün dünya üçün ağır nəticələr doğura biləcəyi vurğulanıb. Bununla yanaşı, ABŞ-nin milli təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyi də açıq şəkildə ifadə olunub.
Rubionun Tayvanla bağlı açıqlamaları ABŞ-nin mövqeyinin dəyişmədiyini göstərir. Vaşinqton Tayvan ətrafında status-kvonun təzyiq yolu ilə dəyişdirilməsini qəbul etmədiyini bəyan etsə də, Pekin Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu və birləşmə prosesinə heç bir ölkənin müdaxilə etməməli olduğunu bildirir.
Ekspert əlavə edib ki, ABŞ və Çin arasında rəqabət təkcə geosiyasi deyil, həm də texnoloji müstəvidə davam edir. Xüsusilə süni intellekt sahəsində hər iki ölkə qlobal liderlik uğrunda mübarizə aparır. Çinin Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatını (WAICO) yaratması və bu təşəbbüsə artıq 29 ölkənin qoşulması Pekinin beynəlxalq təsir imkanlarını genişləndirmək cəhdidir.
Yaxın illərdə süni intellekt sahəsində formalaşacaq yeni beynəlxalq əməkdaşlıq platformaları qlobal rəqabətin əsas istiqamətlərindən birinə çevriləcək. Texnologiya sahəsində geri qalan dövlətlər gələcəkdə ya ABŞ, ya da Çin ətrafında formalaşan bloklardan birinə inteqrasiya etmək məcburiyyətində qala bilərlər.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












