Dünyada 2158 milyarderin ümumi sərvəti 9 trilyon dollara yaxındır

Ötən il dünyanın 2158 milyarderinin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankının və “PwC” beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd olunur. Hesabatda bildirilir ki, 2017-ci ildə Asiya qitəsində milyarderlərin sayı təxminən 25 faiz artaraq 637 nəfərə çatıb. İlk dəfə olaraq Asiya qitəsi milyarderlərin sayına görə ABŞ-ı (563 nəfər) ötüb. Ötən il Avropada 342 milyarder qeydə alınıb. Bununla belə, ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Başqa sözlə, ən zəngin insanlar Birləşmiş Ştatlarda yaşayır. Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












