Dünyada ən populyar aviareys hansıdır?

Seul – Çedju (Koreya boğazında yerləşən Çedjudo adasında şəhər) aviareysi dünyada ən populyar aviaistiqamət olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Routes” onlayn-servisi məlumat yayıb. Qeyd olunur ki, 2017-ci ildə bu istiqamətdə aviareysdən 13 milyondan çox insan istifadə edib. Beləliklə, Cənubi Koreya paytaxtından Çedjuya hər gün təxminən 180 reys icra olunub. Bir il öncə bu istiqamət dünyada ən yüklənmiş istiqamət hesab olunurdu: 2017-ci ildən marşrutun populyarlığı təxminən 10 faiz artıb. Servisin məlumatına görə, ikinci yerdə Melburn – Sidney aviaistiqaməti olub: 2017-ci ildə bu reysdən 9 milyondan çox sərnişin istifadə edib, üçüncü 8,7 milyon sərnişin göstəricisi ilə Sapporo (Yaponiyada böyüklüyünə görə dördüncü şəhər) – Tokio aviaistiqaməti olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












