Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycanın sənaye və nəqliyyat tarixində iki mühüm yubileyin qeyd olunduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, bu il həm dünyanın ilk sənaye neft quyusunun qazılmasının 180 illiyi, həm də Sovet məkanında ilk elektrikləşdirilmiş dəmir yolunun istismara verilməsinin 100 illiyi tamam olur.
Ekspert qeyd edib ki, 1846-cı ildə Bakı yaxınlığında, Bibiheybət neft yatağı ərazisində qazılmış quyu dünya neft sənayesinin başlanğıcı kimi qəbul edilir. Bu hadisə Azərbaycanın qlobal enerji tarixində mühüm mərhələ yaradaraq ölkəni sənaye miqyasında neft hasilatının ilk mərkəzlərindən birinə çevirib.
1926-cı ildə Bakı–Sabunçu–Suraxanı istiqamətində istifadəyə verilən elektrikləşdirilmiş dəmir yolu xətti regionun nəqliyyat sistemində yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, elektrik dartısına keçid sərnişin və yük daşımalarında sürəti və səmərəliliyi artıraraq Bakı və ətraf ərazilərin sənaye və şəhər inkişafına ciddi təkan verib.
Rauf Ağamirzəyev vurğulayıb ki, bu iki mühüm tarix Azərbaycanın həm enerji, həm də nəqliyyat sahələrində dünya miqyasında yeniliklərin önündə yer aldığını göstərir. Onun fikrincə, bu irs ölkənin sənaye modernləşməsinə və texnoloji inkişafına mühüm töhfələr verib.
Eltac Zülfüqaroğlu
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
















