Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI

Beynəlxalq müdafiə analitik qurumları 2026-cı ilin ən uğurlu xüsusi təyinatlı qüvvələrinin siyahısını yeniləyib. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hesabatı Global Firepower təşkilatı hazırlayıb. Türkiyə Silahlı Qüvvələrinin elit bölməsi sayılan Bordo berelilər siyahıda bir çox böyük hərbi gücü geridə qoyaraq ilk sıralarda yer alıb. Hibrid müharibə bacarığı, əməliyyat uğurları və texnoloji inteqrasiya meyarları əsasında hazırlanan reytinqdə Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri diqqət çəkib. Sərhədyanı dəqiq əməliyyatlar və Suriya ilə İraqda terrorla mübarizə sahəsində əldə olunan uğurlar Türkiyə xüsusi təyinatlılarını dünyanın ən çəkindirici hərbi güclərindən birinə çevirib.
Bordo berelilər dünya nəhəngləri arasında
Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri 2026-cı il hesabatında 4-cü yerə yüksələrək bir çox qlobal gücü geridə qoyub. Xüsusilə girovların azad edilməsi və asimmetrik müharibə sahəsindəki təcrübələri Bordo bereliləri siyahının üst pillələrinə daşıyıb. Terrorla mübarizədəki yüksək intizam və çox çətin təlim prosesləri türk xüsusi təyinatlılarının döyüş meydanındakı effektivliyini göstərir.
Zirvədə güclü rəqabət
Dünyanın ən elit hərbi bölmələri arasında ilk üç yeri ABŞ, Böyük Britaniya və Rusiya bölüşüb. Siyahının birinci pilləsində ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEALs və Delta Force xüsusi əməliyyatlar bölmələri yer alıb.
İkinci yerdə Böyük Britaniyanın Xüsusi Hava Xidməti (Special Air Service) dəniz xüsusi əməliyyat qüvvələri olan Special Boat Service komandaları qərarlaşıb.

Üçüncü pillədə isə Rusiyanın “Spetsnaz” xüsusi təyinatlıları yer alıb.

Dünyanın ən güclü xüsusi təyinatlılarının ilk onluq sıralaması belədir:
1. ABŞ-Navy SEALs & Delta Force
Xüsusiyyət: Quru, dəniz və havada çoxşaxəli əməliyyat qabiliyyəti
Uğur: Usama Bin Ladin əməliyyatı
2. Böyük Britaniya-SAS & SBS
Xüsusiyyət: Dünya standartlarında əsir xilasetmə
Uğur: 1980-ci il İran Səfirliyi əməliyyatı
3. Rusiya-Spetsnaz
Xüsusiyyət: Gerilla müharibəsi texnikalarında mütəxəssis
Uğur: Çeçenistan və Ukraynadakı əməliyyatlar
4. Türkiyə-Bordo berelilər
Xüsusiyyətlər: Sərhədyanı əməliyyatlar, əsir xilasetmə və terrorla mübarizədə üstün uğur
Uğurlar: Suriya və İraqdakı terrorla mübarizə əməliyyatları
5. İsrail-Shayetet 13
Xüsusiyyət: Dənizaltı sabotaj üzrə mütəxəssis
Uğur: Çoxsaylı uğurlu dəniz xüsusi əməliyyatları
6. Fransa-GIGN
Xüsusiyyət: Xüsusi əsir xilasetmə texnikaları
Uğur: 1994-cü il Air France təyyarəsi əməliyyatı - 1994-cü ildə Fransanın Air France hava yolu şirkətinə məxsus təyyarədə əsir götürülmüş şəxslərin Fransanın xüsusi təyinatlı qüvvələri olan GIGN, əməliyyat keçirərək bütün sərnişinləri təhlükəsiz şəkildə xilas etmişdi. Bu əməliyyat GIGN-in xüsusi əsir xilasetmə bacarıqlarının dünya səviyyəsində nümunəvi nümayişi kimi qiymətləndirilir.
7. Kanada-Joint Task Force 2
Xüsusiyyət: Gizli əməliyyat qabiliyyəti
Uğur: Əfqanıstan və Haiti missiyalarında effektivlik

8. Almaniya-GSG 9
Xüsusiyyət: Əsir xilasetmə üzrə yüksək bacarıq
Uğur: 1977-ci il Lufthansa təyyarəsi xilasetmə əməliyyatı - Almaniyanın GSG 9 xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyatla, Lufthansa Flight 181 təyyarəsindəki bütün əsir insanlar təhlükəsiz şəkildə azad edilib. Bu əməliyyat dünya miqyasında xüsusi əməliyyat bacarıqlarının nümunəsi hesab olunur.
9. Hindistan-NSG (“Qara Pişiklər”)
Xüsusiyyət: Böyük şəhərlərdə sürətli müdaxilə
Uğur: 2008-ci il Məmbi hücumlarında rolu
10. Avstraliya-SASR
Xüsusiyyət: Uzaq məsafəli kəşfiyyat üzrə mütəxəssis
Uğur: Vyetnam və Əfqanıstandakı əməliyyatlar
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI










