Dünyanın ən pis və ən yaxşı hava limanlarının adları açıqlanıb

Sərnişinlərə reyslər gecikdiyi təqdirdə təzminat almaqda yardım edən "AirHelp" şirkətinin ekspertləri xidmət keyfiyyəti, uçuşların müasirliyi və sərnişinlərin qiymətləri əsasında hava limanlarının reytinqini tərtib ediblər. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, siyahıda sonuncu 141-ci yeri cəmi 5,4 bal toplayan Küveyt aeroportu tutub. Ən pis hava limanları üçlüyünə Londonun Stansted (5,53) və Lionun Sent-Ekzüperi aeroportu (5,78) daxil olub. Qətərin paytaxtı Dohada yerləşən Hamad hava limanı 8,77 bal ilə reytinqdə birinci yeri tutub. İkinci yerdə 8,69 balla Afinanın Elefterios Venizelos adına beynəlxalq aeroportu, üçüncü yerdə isə Tokio aerovağzalı (8,63) qərarlaşıb.
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunun adı siyahıda yoxdur. Moskvanın Şeremetyevo hava limanı 15-ci olub.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












