Dünyanın ən təhlükəli aeroportunda yeni olay – VİDEO

Nepalın Lukla şəhərindəki hava limanı dünyanın ən təhlükəli aeroportu sayılır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Comolunqma (Everest) dağının yaxınlığında yerləşən bu aeroportda dünən sərnişin təyyarəsi həddən artıq çətinliklə səmaya qalxıb. Aeroportda eniş və yüksəliş çətin olduğundan Nepalın Mülki Aviasiya İdarəsinin qərarı ilə Luklaya yalnız ən azı 100 qısa eniş və yüksəliş (Short Takeoff and Landing, STOL) sayına malik pilotların idarə etdikləri təyyarələr qəbul olunurlar. Lukla şəhərindəki bu aeroport dünyanın ən yüksək zirvəsi olan Comolunqmanı ilk dəfə fəth etmiş alpinistlər Tensinq Norqey və Edmund Hillarinin adını daşıyır. Tensinq-Hillari aeroportunun 527 metrlik uçuş-enmə zolağı dəniz səviyyəsindən 2860 metr yüksəlikdə, 12 dərəcə maililik bucağı altındadır. Zolaq 700 metrlik uçurumla bitir.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












