Dünyanın ən tənbəl ölkələri - SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müxtəlif ölkələrin fiziki aktivliyinin öyrənildiyi araşdırmanın nəticələrini açıqlayıb. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 168 ölkədən iki milyon insanın məlumatları öyrənilib. ÜST mütəxəssisləri qeyd edirlər ki, planetin əhalisinin 1/4 hissəsi yetərli qədər aktiv həyat tərzi keçirmir. Bu isə öz növbəsində piylənməyə, II növ diabetə, ürək problemlərinə və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb olur. Mütəxəssislərin fikrincə, aktiv insan həftədə 75 dəqiqə və ya bir həftədən bir 150 dəqiqə intensiv fiziki hərəkətlə məşğul olmalıdır. Bu meyarları nəzərə alan ÜST ən tənbəl ölkələrin siyahısını hazırlayıb. Siyahıda ilk yeri 67 faizlə Küveyt tutub. Məlumata görə, Küveyt əhalisi idmanla heç məşğul olmur. Bundan başqa siyahıda Samoa (53,4 faiz), Səudiyyə Ərəbistanı (53), İraq (52) və Braziliya (47) qərarlaşıb. ÜST fiziki aktivliyin yüksək olduğu ölkələrin siyahısını da açıqlayıb. Belə ki, bu siyahıda birinci yeri əhalisinin cəmi 5,5 faizi idmanla məşğul olmayan Uqanda tutub. Siyahıda ikinci yerdə əhalisinin 5,6 faizi idmanla məşğul olmayan Mozambik, üçüncü yerdə Lesoto (6,3 faiz), dördüncü yerdə isə Tanzaniya (6,5) gəlir. ABŞ əhalisinin 40, Böyük Britaniya əhalisinin 35,9, Rusiya əhalisinin 17,1 faizi aktiv həyat tərzi sürmür.
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS










