“Duru yağla sup bişirilir, üstündə də bitlər” - 5 saylı körpələr evidən şikayət

"Dövlət tərəfindən bağçaya xeyli ərzaq verilir. Ancaq uşaqlar hər gün quru makaron yemək, sup içmək məcburiyyətindədir". Avtosfer.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib. Onun sözlərinə görə, yeməklərlə bağlı problemləri dilə gətirdiyi üçün işdən çıxarılıb: "Hər dəfə mən yeməklərlə bağlı şikayətləndikdən sonra 1 həftə nisbətən normal olur. Duru yağla sup bişirilir, üstündə də bitlər. O yeməyin iyindən, görünüşündən mən iyrənirəm, uşaqlar necə yesin. Valideynlər hər ay bağçaya 20 manat pul verir, ancaq uşaqlar evə acqarına qayıdır. Bu həftənin 3-cü günü yeməklərlə bağlı şikayətimi müdirə Aybəniz Hüseynovaya dedim. Bildirdim ki, bağçaya pendir, yağ, süd verilir. Amma indiyə kimi bu ərzaqlar uşaqların ağzına dəyməyib. Normal söhbətimiz oldu. Günorta halı pisləşdi, dedilər ki, davamız olduğu üçün belə olub. Axşam da bunu aktlaşdırıb, icraya şikayət edib. İcra nümayəndəsi gəlib, hamını dinlədi. Bildirildi ki, bizim davamız olmayıb. Nümayəndənin mənə son sözü bu oldu ki, icra başçısının əmri var, akt tərtib olunaraq işdən çıxarılıram. Mənə deyirlər, mətbəxə girməyə haqqın yoxdur. Bu, hansı qanunda var? Müəllimə kimi uşaqların haqqını tələb edirdim". Bağçanın müdirəsi Aybəniz Hüseynova məsələ ilə bağlı "qafqazinfo"ya açıqlamasında tərbiyəçinin dediklərinin yalan olduğunu bildirib: "Hamısı yalandır. Hər gün 11-in yarısı işə gəlirdi. Mənim bağçamda yemək söhbəti ola bilməz. Özü tədbirlər keçirir, valideynlərdən pul yığır. İşçilər arasında söhbət yaradır. Müdirənin tələblərinə əməl etmir. Dəfələrlə göz yumsam da, bu dəfə aidiyyatı orqanlara müraciət etmək məcburiyytində qaldım. Sabah uşaqlardan birinə bir şey olsa, mən cavabdehəm".

Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












