Duz alverçisi yeznəsini güllələyib - Masazırda
Gündəm
30 Oktyabr 2018 10:47

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir
Abşeronda silahlı insident olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib. Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub. Faktla bağlı Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Oxunub : 894
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 19:30
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
11 Sentyabr 2026 18:03
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
11 Sentyabr 2026 11:30
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
11 Sentyabr 2026 08:48
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
10 Sentyabr 2026 22:21
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
10 Sentyabr 2026 19:30
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
10 Sentyabr 2026 17:30
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
10 Sentyabr 2026 16:30
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
10 Sentyabr 2026 15:00
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
10 Sentyabr 2026 14:00
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
10 Sentyabr 2026 10:30
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
10 Sentyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI - FOTO
ŞƏRH YAZ











