DYP-dən körpüdə yolu bağlayan toy karvanı ilə bağlı açıqlama - VIDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə toy karvanı ilə bağlı video yayılmışdı. Dövlət Yol Polisi bununla bağlı araşdırmalarını davam etdirir. Körpünün altında toy karvanını saxlayan bir qrup gənc şampan partladır, fişəng atır və oynayaraq yolun hərəkət hissəsini tam bağlayıblar.
Bununla əlaqədar olaraq video sosial şəbəkələrdə və KİV-də yayılandan sonra DYP dərhal araşdırmalara başlayıb. Lakin hələlik həmin ərazi və orada iştirak edənlər müəyyən edilməyib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda sözügedən sujetlə bağlı BDYPİ-də araşdırma aparılır:
"Videodan da göründüyü kimi, bu olduqca köhnə bir materialdır. Sujetlə bağlı artıq xəbərimiz var və onunla bağlı araşdırma aparılır. Təəssüflər olsun ki, sujetdə heç nə görünmür və bilinmir. İlkin versiya bundan ibarətdir ki, kadırlar olduqca köhnədir. Sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. İnsanların üzünü belə müəyyənləşdirmək olmur. Bütün bunlara baxmayaraq araşdırma davam edir”.
Vaqif Əsədov bildirib ki, araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək.
Məsələyə münasibət bildirən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, videodakı adamlar bir qrup harınlamış, qudurğan və məsuliyyətsiz gənclərdir. Onlar çox güman ki, toydan sonra bir az da sərxoş vəziyyətdə bu hərəkətləri törədiblər. Təssüflər olsun ki, onları vaxtında aşkarlamaq mümkün olmayıb. Bu gün də yol polisi videonun harada və nə vaxt çəkildiyini müəyyən edə bilmir. Belə əsas gətirirlər ki, video solğundur və yer, maşınlar aydın görünmür.
E. Muradlı bildirib ki, bu şəxslər aşkar olunacağı tətbiq xuliqanlıq əməlinə görə məsuliyyətə cəlb oluna bilər. " Çünki onlar cəmiyyətə qarşı açıqca hörmətsizlik edir, özlərini başqalarından üstün tuturlar. İnsanların yolunu kəsib onları tıxacda qalmağa məcbur edirlər."
E. Muradlı hesab edir ki, inzibati cəzadan başqa bu şəxslərə mənəvi cəza da verilməlidir. "Bu insanlar partlayıcı maddələr istifadə edir, şampan partladır, ərazini çirkləndirir. Odur ki, məhkəmə qərar verərkən bunları da nəzərə almalıdır. Məsələn, həmin gənclərə həmin küçəni bir həftə süpürmək cəzası verilsin və videosu çəkilib etdikləri əməl kadrları ilə yanaşı yayımlansın. Bəlkə bu yol ilə belə mədəniyyətsiz adamlardan küçələri təmizləyə bilərik."
Orxan
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










