DYP rəhbərliyinə ittiham səsləndirən sürücü üzr istədi - VİDEO

İki gün əvvəl sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin ünvanına ittihamlar səsləndirən yük avtomobili sürücülərinin narazılığını dilə gətirən sürücü bu gün Avtosfer.az-a yeni video göndərib və həmin videoda problemin aradan qaldırıldığını, səsləndirdiyi bəzi fikirlərə görə DYP rəhbərliyindən üz istədiyini ifadə edib.
Sürücü Şövqü Həsənov bildirib ki, iki gün əvvəl sosial şəbəkələrdə video yayaraq bildirib ki, yük avtomobili sürücülərinə yol polisi tərəfindən verilən icazə onları qane etmir və 5 tondan artıq olan yük avtomobillərinə qoyulan məhdudiyyət və onlara verilən marşrutlar sürücüləri qane etmir və bundan narazıdırlar. Hətta etiraz aksiyaları keçirmək barədə düşünürlər. Lakin bu gün həmin sürücü yaydığı videoda bildirib ki, artıq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi onları qabul edib və problem həllini tapıb.
Sürücü qeyd edib ki, Ramiz Zeynalov onları şəxsən qəbul edib və dinləyib. "Biz bütün məsələləri dedik və problemin həlli üçün kömək istədik. Bildirdik ki, kütləsi 5 tondan artıq olan yük maşınlarının Bakıya buraxılması barədə müvafiq qərar olsun. Bildirildi ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Həmçinin YPX avtomobilləri ilə bizə şəhərə giriş sxemləri əyani olaraq göstərildi."
Sürücü ötən videosunda səsləndirdiyi bəzi fikirlərə görə də üzr istəyib. "Mən 166 yük xidməti barədə fikir səsləndirmişdim. Amma aydınlaşdı ki, bunun DYP rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Mən buna görə üzr istəyirəm."
Sürücü digər yük avtomobili sürücülərinə də müraciət edib. "Sürücü yoldaşlarla bildirirəm ki, problemimiz diqqətə çatdırıldı və yaxın günlərdə həllini tapacaq."
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










