DYP sürücülərə müraciət etdi: Bu küçələr bağlanacaq

25 oktyabr tarixdən etibarən Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az saytına məlumat verib. V.Əsədov bildirib ki, 25 oktyabr 8:30 radələrindən Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, “Hyatt Regency” oteli istiqamətinə doğru kəsişən, bitişən küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək və xüsusilə paytaxtın Nərimanov rayon ərazisindəki Xətai və Təbriz küçələri istiqamətində, Həsənoğlu və Qədirbəyov küçələri kəsişməsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. O cümlədən Bakı-Salyan yolunun 14- cü kilometrindən, yəni Lökbatan dairəsindən mərkəzə doğru hərəkət edən avtomobil sürücüləri kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə hərəkət etmələri nəzərdə tutulub.
Bir daha sürücülərin nəzərinə çatdırırq ki, keçirilən tədbirlə əlaqəli paytaxtın Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələrdən sürücülər mümkün qədər avtomobillərdən istifadə etməsin.
İnanırıq ki, paytaxt sakinləri və sürücülər bu dəfə də yol polisi ilə öz həmrəyliyini nümayiş etdirəcək.
Təbriz
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












