Əcnəbi brakonyerlər 5980 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib. Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakiniAmid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












