Əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər

Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi qadağan oluna bilər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının aşağı palatasına minik taksiləri haqqında yeni qanun layihəsi təqdim olunub. Qanun layihəsinə əsasən, Rusiyada əcnəbilərin sürücü kimi işə götürülməsi ya məhdudlaşdırıla, ya da qadağan edilə bilər. Jurnalistlərə müsahibəsində Dumanın nəqliyyat və tikinti komitəsinin sədri Yevgeni Moskviçov əminliklə deyib ki, bu cür tədbir taksi sürücülərinin sayının azalmasına və daşıma qiymətlərinin artmasına səbəb olmayacaq. Deputatın sözlərinə görə, son vaxtlar taksilərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı artıb, sərnişinlər sürücülərin marşrutu və rus dilini bilməməsindən şikayət edirlər. Y.Moskviçov qeyd edib ki, sürücülərin iş saatı da nəzarətdə saxlanılmalıdır. “İstər Rusiya vətəndaşı olsun, istərsə də MDB ölkələrinin vətəndaşı, heç kimin onları 24 saat işlətməyə haqqı yoxdur”, - deyə deputat vurğulayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












