Əhali 302 mln. manatlıq avtomobil yanacağı alıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 5 314,9 mln. manat təşkil edib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur. Sözügedən məbləğin 45,3%-i və yaxud 2 410,2 mln. manatı ərzaq məhsulları, 5,3%-i və yaxud 281,1 mln. manatı içki və tütün məmulatları, 17,9%-i və yaxud 949,6 mln. manatı toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,2%-i və yaxud 328,3 mln. manatı elektrik malları və mebel, 0,7%-i və yaxud 39,9 mln. manatı kompüter, kommunikasiya avadanlığı və çap məhsulları, 1,3%-i və yaxud 67,5 mln. manatı əczaçılıq və tibbi mallara, 5,7%-i və yaxud 302,3 mln. manatı avtomobil yanacağı, 17,6%-i və yaxud 936 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












