“Ehram Xalıqov” təchizat-yedək gəmisi əsaslı təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Ehram Xalıqov” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Avtosfer.az Gəmiçiliyə istinadən xəbər verir ki, gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.
Gəmidə iki ədəd yeni köməkçi mühərrik quraşdırılıb, işıqlandırma sistemi tamamilə yeniləri ilə əvəzlənib.
Bundan başqa, təmir zamanı gəmi heyətinin yaşayış və xidməti otaqları da unudulmayıb. Belə ki, kayutlarda yeni şkaf və çarpayılar quraşdırılıb, sanitar qovşaqlarda və yeməkxanada təmir işləri aparılıb.
Təmir çərçivəsində “Ehram Xalıqov” gəmisinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
Gəmi dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
“Ehram Xalıqov” Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında – neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında yaxından iştirak edəcək.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
















