Ekspert: “Parkomatların BNA-ya verilməsi bu sahədə dəyişikliyə səbəb olacaq”

Bakıda avtomobil yollarının kənarlarında quraşdırılan parkomatların idarəetməsinin Bakı Nəqliyyat Agentliyinə verilməsi bu prosesdə xeyli müsbət dəyişikliklərə gətirib çıxara bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, indiyə qədər bu prosesdə qarışıqlıq var idi: "Bu vaxta qədər avtobus zolağının çəkilməsi Bakı Nəqliyyat Agentliyinin, parkomatların quraşdırılması isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil idi. Bu da bir sıra hallarda ona gətirib çıxarırdı ki, avtobus zolaqlarında parkomatlar quraşdırılırdı. Nəticədə isə nəqliyyatın hərəkətində qarışıqlıq yaranırdı. Amma parkomatlarla bağlı səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra belə hallar olmayacaq. Bundan sonra prosesdə real nəticələri görmək olar".
Qeyd edək ki, bu il aprel ayının 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Nizamnaməyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməlidir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












