Ekspert yay-qış vaxtına keçidi bərpa etməyə ÇAĞIRDI

Təhsil eksperti Kamran Əsədov Azərbaycanda yay-qış vaxtının ləğv edilməsi barədə qərarın mənfi cəhətlərindən danışıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, o, 1.5 milyon şagirdin çətin vəziyyətə düşdüyünü vurğulayıb: “Bildiyiniz kimi, 2016-cı ildə Nazirlər Kabineti yay-qış vaxtına keçidin ləğvi barədə qərar qəbul edib. Bu qərar 4500-dən çox orta məktəbdə oxuyan 1.5 milyon şagirdimizin qış aylarında səhər saatlarında, hələ hava tam işıqlanmamış evdən çıxmasına səbəb olur. Qərar körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsinə, uşaqlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə gətirib çıxarır. Səhər saat 08:00-da məktəbdə olmaq üçün uşaqlar saat 07:00 və daha tez yuxudan oyanmalıdırlar. Saatlar irəli çəkilməyəndə isə bu saat 6 deməkdir. Qış aylarında saat 7, hətta 8 belə qaranlıq olur. Nəzərə alsaq ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür, onda deyə bilərik ki, ümumiyyətlə saatların yay və qış vaxtına keçilməməsinin heç bir müsbət nəticəsi yoxdur. Əksinə, kifayət qədər mənfi tərəfi var. Tədqiqatlara əsaslanaraq təklif edirəm ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












