Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə isti qış geyimləri verilib

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə növbəti isti qış geyimləri təqdim edilib. Bu barədə Avtosfer.az-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsinin tapşırıldığını bildirib. Nazir qeyd edib ki, qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1165 cüt yun corab və 86 yun şərf əsgərlərimizə hədiyyə edilir. O diqqətə çatdırıb ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar, ümumilikdə, 2500 cüt yun corab və 200 yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Vüqar Hüseynov və əsgər Samir Əfəndiyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Sonda yun corab və şərflər hərbi hissəyə təhvil verilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












